featured-image-71859

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”a qayıtmağı düşünüb-düşünmədiyi ilə bağlı sualları cavablandırıb.

Msport.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

37 yaşlı forvard Madrid təmsilçisini hələ də sevdiyini, kluba “yox” deməyəcəyini bildirib: “Real”a qayıdış? Florentino Peres hələ də orada olsa, bu baş verə bilər. Mən ona heç vaxt “yox” deməzdim. Mən “Real” azarkeşiyəm. Özümü elə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Gələcəkdə nə olacağını görəcəyik”.

Qeyd edək ki, Benzema 2009-2023-cü illərdə “kral klubu”nun formasını geyinib.

Bənzər xəbərlər