featured-image-48828

“Qarabağ”ın futbolçusu Yassin Benzia gələcək karyerası ilə bağlı qərarını verib.

Msport.az xəbər verir ki, Əlcəzair mətbuatı bu məlumatı 29 yaşlı yarımmüdafiəçinin əhatəsindən əldə edib.

Bir müddət əvvəl Avropaya qayıtmaq istədiyini bildirən, ardınca isə “Qarabağ”da xoşbəxt olduğundan heç yerə getməyəcəyini açıqlayan Benzia növbəti dəfə fikrini dəyişib. Yassin aldığı çoxsaylı təkliflər arasında Asiya ölkələrinə üstünlük verməyi qərara alıb.

O, Səudiyyə Ərəbistanı və Qətər variantları arasında seçim edəcək. Əlcəzairlinin diqqətinin birdən-birə Asiyaya yönəlməsi səbəbsiz deyil. Ərəb klubları Avropadakından daha yüksək maliyyə şərtləri irəli sürüb.

Qeyd edək ki, Yassin cari mövsümün 49 matçında 16 qol vurub.

Bənzər xəbərlər