featured-image-71919

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernandu Silva yayda komandanı tərk edə bilər.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb:

“Bernandu Silva mövsümün sonunda azad agent kimi “Mançester Siti”ni tərk etməyə yaxındır. Hazırda müqavilənin uzadılması ilə bağlı heç bir razılıq yoxdur. Artıq bir neçə Avropa klubu Silvanın xidmətlərində maraqlı olduqlarını bildiriblər”.

31 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 11 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. O, Çempionlar Liqasında isə 4 matçda bir dəfə fərqlənib.

Bənzər xəbərlər