featured-image-22374

Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarını vur-tut 4400 azarkeş izləyib. Bu orta hesabla hər oyuna 880 tamaşaçı deməkdir. Msport.az xəbər verir ki, ən çox azarkeş Gəncədə qeydə alınıb. “Kəpəz” – “Qarabağ” matçına 2500 nəfər gəlib. Qeyd edək ki, Gəncə şəhər stadionu qəzalı vəziyyyətdə olduğundan arenaya maksimum 3000 azarkeş buraxılır.

Ən çox azarkeş gələn ikinci oyun “Şamaxı” – “Turan Tovuz” qarşılaşması olub. Meydan sahiblərinin minimal hesablı məğlubiyyətini stadionda 600 nədər izləyib.

“Neftçi” – “Sumqayıt” və “Sabah” – “Səbail” matçlarında 500 fanat olub. “Sabah”dan fərqli olaraq “ağ-qaralar”ın oyunu istirahət günü axşam saatlarında (18:30) keçirilib.

Ən az tamaşaçı isə Zirədə qeydə alınıb. Qəsəbə təmsilçisinin “Qəbələ” ilə mübarizəsinə cəmi 300 nəfər stadiondan baxıb. Ümumiyyətlə, bu mövsüm “Zirə”nin oyunlarına maraq çox aşağıdır. Qış fasiləsindən sonra “Sumqayıt”la ilk matçı da trubunadan 300 tamaşaçı izləmişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər