featured-image-13747

Həftəsonu Türkiyə Super Liqasında 8-ci turun oyunları keçiriləcək. Bu həftənin mərkəzi matçı “Beşiktaş” və “Fənərbaxça” arasında İstanbul derbisidir.

Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, “qara qartallar” bu matçda qalib gələrsə, alacaqları mükafat məlum olub. “Beşiktaş” prezidenti Ahmet Nuri Çebi derbidə qələbə olarsa, futbolçulara 100 min lirə (9180 manat) pul verəcək.

Qeyd edək ki, 7 turdan sonra “Beşiktaş” 14 xalla 4-cü, “Fənər” isə 13 xalla 5-ci yeri tutur.

Bənzər xəbərlər