featured-image-69430

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına müsahibəsində Azərbaycandakı yaşam tərzindən, Bakıdan danışıb. Msport.az xəbər verir ki, o, turistlərə Bakıya səfər etməyi məsləhət görüb:

“Mən Bakının mərkəzində yaşayırdım, amma sonra bir qədər kənara daha geniş evə köçdüm, həm də bura daha sakitdir. Hələ ki mən təkəm, gözləyirəm ki, sevgilim nəhayət nə vaxt bir dəfəlik bura gələcək və itimizi də gətirəcək. Mənim üçün hər bir şərait yaradılıb, tam şəkildə futbola köklənə bilirəm. Buranın mətbəxi də xoşuma gəlir: türk mətbəxindən çox elementlər var, Polşa ilə də müəyyən oxşarlıq mövcuddur. Yol hərəkəti müəyyən stress yarada bilər. Bəzən bazaya getmək mənə çox əsəb bahasına başa gəlir, çünki burada sakit sürücülər azdır. Eşitmişəm ki, yolda mübahisələri müxtəlif cür həll edirlər. Mən hələ ki bununla qarşılaşmamışam

Bakı çox gözəl şəhərdir. Burda həqiqətən də baxılası yerlər var,  Sadəcə elə vaxt gəlmək lazımdır ki, çox istilər olmasın. Yerli sakinlər şəhərin təmizliyinə diqqət yetirirlər, başa düşürlər ki, Bakı Azərbaycanın vizit kartıdır. Turistlərin gəlməsi onlar üçün vacibdir.  “Qarabağ”ın Çempionlar Liqasında iştirakı şübhəsiz ki, çoxlu qonaqların gəlməsinə səbəb olacaq. Nəzərə almaq lazımdır ki, ev oyunlarımızda maraqlı rəqiblər toplusu var”.

 

Bənzər xəbərlər