featured-image-42917

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Səbail” – “Qarabağ” oyunundan (1:2) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov CBC Sport-a fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, süni örtüyün oyunlarına mane olduğunu deyib:

“Gərgin oyun oldu. Amma azarkeşlər üçün maraqlı qarşılaşma idi, futbolçular üçün çətin olsa da. Futbolçular çox əziyyət çəkdilər. Qarşımızda çox istəkli “Səbail” var idi. Meydan amili də bizə mane olurdu. Tam baxımlı oyun olmasa da, yaxşı mübarizə izləyə bildik”.

Qurbanov karyerasında bir oyunda 4 penalti təyin edilməsini xatırlamadığını bildirib: “Üç penalti olub, amma dörd xatırlamıram. Hakimliklə bağlı nəsə deməyə ehtiyac yoxdur. Yeni qaydalar olanda buna öyrəşmək hamı üçün çətin olur. Bu matçdan əvvəl AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek bizim bazada idi, yeni qaydalarla bağlı seminar keçirirdi. Bəzən bəsit epizodlar olurdu ki, fikirlərimiz üs-üstə düşmürdü. Çünki yeni qaydalar var, buna öyrəşmək üçün vaxt lazımdır. Həmişə demişəm ki, hakimlik çətin, ağır sahədir. Onlara da bu çətin sahədə uğurlar arzu edirəm”.

Bənzər xəbərlər