Bir oyunda 44 penalti - Fransada
Fransa Kubokunda bir matçda qalibi müəyyənləşdirmək üçün 44 penalti zərbəsi yerinə yetirilib.
Msport.az xəbər verir ki, bu, turnirin 1/64 finalında “Stenvord” və “Betun” komandaları arasında keçirilən görüşdə reallaşıb.
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün ehtiyac duyulan penaltilər seriyasında isə komandalar ümumilikdə 44 zərbə vurublar. Zərbələrin cəmi 3-ü hədəfə düşməyib.
Nəticədə “Betun” penaltilər seriyasında daha dəqiq olub – 21:20.







