featured-image-13266

İndi bütün Avropa Xviça Kvaratsxeliyadan danışır. “Napoli”nin transfer etdiyi gürcü futbolçu qısa vaxt ərzində A seriyasında diqqət mərkəzinə düşməyi bacardı. 21 yaşlı yarımmüdafiəçi İtaliya çempionatında 7 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.  Xviçanın 9 il “Milan”da çıxış etmiş Kaxa Kaladzeni də kölgədə qoya biləcəyinə dair fikirlər səslənir.

Xviçanın atası Badri Kvaratsxeliyanın isə ölkəmizdə “Kəpəz” və “Şəmkir”in şərəfini qoruduğunu və millimizə cəlb olunaraq 3 oyunda meydana çıxmasını hər kəs yaxşı xatırlayır.

Bu foto isə 1996-1997-ci illər mövsümünə aiddir. Gürcüstan çempionatında “Merani 91” klubunun formasını geyinən Badri Tiflis “Dinamo”su ilə matçda Kaxa Kaladze ilə mübarizədə.

Bənzər xəbərlər