featured-image-46208

Qadın futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində ilk oyununda səfərdə Macarıstanla bərabərə qalıb – 1:1.

Msport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Aleksandra Sarvaş çoxsaylı qol imkanlarını boşa verdiklərini deyib:

“Birinci hissədə həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Lakin əldən verdiyimi çoxsaylı epizodlar sonda öz sözünü dedi.  Biz bütün oyun boyu meydanda dominant tərəf idik. Birinci hissədə demək olar ki, bütün mübarizələri udduq, çox yaxşı qol epizodları yaratdıq. Əgər bunları dəyərləndirmiriksə…Belə səhvə yol verirsənsə, uduza da bilərsən. Biz iki xal itirdik. Çünki bu komanda üzərində qələbə qazanmağa borclu idik. Lakin yalnız ilk hissədə yaxşı oynadıq”.

 

Bənzər xəbərlər