featured-image-77039

“Barselona”nın prezidenti Xuan Laporta Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko” ilə oyunlardakı hakimliyi tənqid edib.

Msport.az xəbər verir ki, Kataloniya klubu iki görüşün nəticəsinə görə, 2:3 hesabı ilə uduzaraq qitənin əsas klub turnirində mübarizəni dayandırıb. İlk matçı rumıniyalı İştvan Kovaç, ikinci qarşılaşmanı isə fransalı Klerman Türpen idarə edib.

“Onların bizə etdikləri yolverilməzdir. Birinci oyunda xeyrimizə aşkar penaltini vermədilər. Bundan başqa, futbolçumuza sarı vərəqə göstərilməli epizodda onu meydandan qovdular” – Laporta belə deyib.

Qeyd edək ki, “Atletiko” yarımfinalda “Sportinq” – “Arsenal” cütünün qalibi ilə qarşılaşacaq.

Bənzər xəbərlər