Bloqer Azərbaycan klubuna idman meneceri təyin olundu - RƏSMİ
II Liqada çıxış edən “Qaradağ Lökbatan” klubunda yeni təyinat olub.
Msport.az xəbər verir ki. tanınmış bloqer Nuqzar Kvirtiya klubun idman meneceri təyin edilib. O, sosial media hesabında bu barədə məlumat verib.
Qeyd edək ki, Kvirtiya vaxtilə AZAL klubunun futbolçusu olub. Amma o, futbolçudan çox, idman bloqeri kimi tanınıb.







