featured-image-46942

Azərbaayaycan Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Midraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

– İlk hissə yaxşı oynadıq. Rəqib azlıqda qalana qədər oyuna nəzarət edirdik. “Zirə” azlıqdan qaldıqdan sonra futbolçuların asanlıqla qələbə qazancaqlarını düşündülər. Onlar “qırmızı” aldıqdan sonra qapımıza standart vəziyyətdən qol vurdular. Səhvlərimizdən məğlub olduq.

– 4-5 il əvvəl “Neftçi” “Zirə” və “Sabah” kimi komandalara uduzanda azarkeşlər komandanı tənqid edirdi. Nə baş verir ki, “Neftçi” indi həmin komandalara qarşı meydanda say üstünlüyü qazansa da, qalib gələ bilmir
– Futbolda bəzən belə hallar olur ki, azlıqda qalan rəqibə uduzursan. Ona görə hamı bu idman növünü sevir. Siz mənə desəydiniz ki, azlıqda qalan rəqibə məğlub olacağıq, inanmazdım.

Bənzər xəbərlər