featured-image-48623

“Neftçi” baş məşqçi Miodraq Bojoviçlə yollarını ayırdı. 55 yaşlı mütəxəssislə ötən il dekabrın 24-də müqavilə imzalalanmışdı.

Monteneqrolu məşqçi “ağ-qaralar”ın sükanı arxasında 22 oyun keçirdi. Bunlardan 18-i çempionatda, 4-ü isə Azərbaycan kubokunda olub.

Bojoviçin rəhbərliyi altında komanda 22 görüşün yalnız 9 qələbə qazanıb, 5 matç heç-heçə başa çatıb, 8 qarşılaşmada isə məğlubiyyət qeydə alınıb.

Bojoviçli “Neftçi” Azərbaycan Premyer Liqasında 8 qələbə qazanıb, 4 heç-heçə edib və 6 oyunda uduzub.

 

 

Bənzər xəbərlər