Bolqarıstan millisi Bakıya itki ilə gələcək
FİFA tərəfindən təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində iştirak üçün Bakıya gələcək Bolqarıstan millisinin heyətində dəyişiklik edilib.
Msport.az xəbər verir ki, “Lüdoqorets”in futbolçusu Todor Nedelev yığmanın heyətindən çıxarılıb.
O, martın 22-də Tanzaniya, üç gün sonra Azərbaycanla qarşılaşacaq milli ilə ölkəmizə gəlməyəcək. Buna 31 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub. Nedelev bir ay müddətinə sıradan çıxıb.
Qeyd edək ki, Nedelev millidə son oyununu 2022-ci ilin iyununda keçirib.