featured-image-45638

Bolqarıstanla Bakıda keçirilən yoldaşlıq oyunu Azərbaycan millisinin FİFA reytinqindəki xal hesabını artırıb.

Msport.az xəbər verir ki, 1:1 hesablı heç-heçə yığmamıza 1,1 xal qazandırıb.

Bununla da Arif Əsədovun yetirmələrinin “FİFA Series”dəki ümumi qazancı 3,6 xala yüksəlib. Martın 22-də Monqolustan üzərindəki 1:0 hesablı qələbə 2,5 xal qazancı ilə nəticələnmişdi.

FİFA-nın son cədvəlində millimizin aktivində 1174,22 xal var idi. Mart oyunlarından sonra bu rəqəm 1177,82-yə çatıb.

Qeyd edək ki, yığmamız son FİFA reytinqində 113-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər