"Braqa" ilə oyundan sonra Bakıda bayram ab-havası var idi"
“Braqa” ilə oyundan sonra Bakıda bayram ab-havası var idi”
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Bakıda Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdırdıqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı ilə bağlı “Championat” nəşrinə müsahibəsində deyib.
Rusiyalı qolkiper görüşdən sonra paytardəyişmə otağına müxtəlif insanların gəldiyini söyləyib: “Çox yorğun olduğum üçün emosiyalarımda daha təmkinli idim. Çölə çıxmadığımdan, Bakıda nə baş verdiyini görmədim. Gec idi, dərhal evə getdim. Amma bəzi videolar görmüşəm və baş verənlər məni cəlb etdi. Azarkeşlər xoşbəxt idilər, onlar buna layiqdirlər”.
Qeyd edək ki, səfərdə “Braqa”ya qalib gələn “köhlən atlar” (4:2) Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək.