featured-image-43376

Hər oyunun öz hekayəsi var. “Sportinq”ə məğlubiyyət bizi məyus etdi”.

Msport.az xəbər verir ki, bunu “Braqa”nın hücumçusu Rikardo Horta yerli mətbuata açıqlamasında deyib.

Portuqaliya millisinin üzvü ölkə çempiontının XXI turunda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətin onları məyus etdiyini deyib. Lakin 29 yaşlı forvard artıq bütün diqqətlərini Avropa Liqasına yönəltdiklərini vurğulayıb:

“Sportinq”lə oyunu unutmalıyıq. Çünki “Qarabağ”la vacib matçımız olacaq, buna köklənmişik. Səhv etdiyimiz məqamları düzəldəcəyik. “Qarabağ” fərqli komandadı. Rəqibi təhlil edəcəyik. Cavab görüşünə yaxşı nəticə ilə çıxmaq istəyirik”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bənzər xəbərlər