featured-image-42424

Portuqaliya “Braqa”sı UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyuna ciddi itki ilə çıxa bilər.

Msport.az xəbər verir ki, Braqa şəhərinin eyniadlı təmsilçisi aparıcı yarımmüdafiəçisi Alvaro Calonu itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Məsələ burasındadır ki, ispaniyalı vinger Rusiya “Krasnodar”ının maraq dairəsindədir. Ötən ilin yayından 24 yaşlı oyunçunu izləyən Premyer Liqa təmsilçisi qış transfer pəncərəsində keçidi həll etmək istəyir. “Braqa”nın Calo üçün 12-15 milyon avro tələb etdiyi bildirilir.

Futbolçu bu mövsüm 29 oyuna 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Bənzər xəbərlər