Braziliyadan darmadağın, Vinisius het-trik etdi
Braziliya millisi Sinqapurla yoldaşlıq oyunu keçirib.
Msport.az xəbər verir ki, Sinqapur Milli Stadionunda keçirilən görüşdə qonaqlar 7:0 hesabı ilə qələbə qazanıb.
“Real”ın futbolçusu Vinisius Junior het-trik edib, digər qolları Endrik, Estevao və Rayan vurublar. Sinqapur yığmasında Raul Suxaymi avtoqol müəllifi olub.
Qeyd edək ki, Braziliya noyabrın 17-də Yaponiyaya yoldaşlıq görüşündə 2:3 hesabı ilə uduzmuşdu.







