featured-image-84977

“Andorra” klubunun sahiblərindən olan “Barselona”nın sabiq futbolçusu Jerar Pike qapıçı Xesus Ovononun cəzasının həddən artıq ağır olduğunu bildirib.

Msport.az xəbər verir ki, onun fikrincə, “Tenerife”nin hücumçusu Xesus de Mikelin ölümünə gətirib çıxaran insedent bədbəxt hadisədir.

Xatırladaq ki, İspaniya Sequndasının 12-ci turunda “Tenerife” – “Andorra” oyununun sonlarında Ovono ilə de Mikel toqquşub. Qapıçı de Mikelin sinəsinə ayağı ilə zərbə endirib.

Bir gün sonra – noyabrın 3-də “Tenerife”nin futbolçuxu xəstəxanada vəfat edib. İntizam Komitəsi Ovononu 12 oyunluq diskvalifikasiya edib.

“Xesus Ovononun 12 oyunluq cəzalanması faktiki olaraq məsuliyyət daşımadığı nəticəyə görəonun günahlandırılmasıdır. Cəza nəticəyə deyil, hərəkətin özünə əsaslanmalıdır. 2012-ci ildə mən Viktor Valdeslə çox oxşar bir vəziyyətdə toqquşmuşdum və bu, onu günahkar etmədi. Hətta daha ciddi bir hadisə baş versəydi belə, yenə də o, günahkar deyildi. İnsanlara çox vaxt günahlandıra biləcəkləri biri lazımdır: əks halda futbol meydanında belə şeylərin niyə baş verdiyini anlaya bilmirik. Bu, sadəcə bədbəxt hadisədir” – Pike belə deyib.

 

 

Bənzər xəbərlər