featured-image-84917

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra millisi ilə qarşılaşacaq.

Enkamp şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq.

Bu oyun yığmanın kapitanı Emin Mahmudov üçün Azərbaycan millisində vida matçı olacaq. 34 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra milli karyerasını başa vuracaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər