featured-image-84953

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo Çempionlar Liqasının 5-ci turunda Bakıda “Sabah”a qarşı keçiriləcək oyunda iştirak edə biləcək.

Msport.az xəbər verir ki, PSJ ilə matçda (2:4) zədələnən hücumameyilli yarımmüdafiəçinin noyabrın 22-də “Vilyarreal”a qarşı keçiriləcək oyuna qədər tam sağalacağı gözlənilir.

Bu qarşılaşmadan sonra “Barselona” “Sabah”la üz-üzə gəlmək üçün Bakıya səfər edəcək. Noyabrın 25-də Bakıda baş tutacaq oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Bənzər xəbərlər