Braziliyalı hücumçu "Turan Tovuz"da
“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Klubdan Mdport.az-a verilən məlumata görə, bölgə təmsilçisi Joarlem Batista Santosun keçidini rəsmiləşdirib.
Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.
29 yaşlı futbolçu son olaraq Portuqaliya “Şaveş”inin şərəfini qoruyub.