Bruno Fernandes “Qızıl top”a namizəddir
“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes 2026-cı il “Qızıl top” mükafatına 30 namizədin yer aldığı siyahıya daxil ediləcək.
Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu nüfuzlu fərdi mükafata namizədlər arasında yer alacaq.
Fernandes ötən mövsüm İngiltərə Premyer Liqasında 21 məhsuldar ötürmə ilə turnirin bir mövsüm ərzində assist rekordunu yeniləyib. “Qırmızı şeytanlar”ın kapitanı çempionatda keçirdiyi 35 matçda 9 qol da vurub.
Portuqaliyalı futbolçu cari mövsümə də məhsuldar başlayıb. O, keçirdiyi 3 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək. Mükafatın son sahibi PSJ-nin hücumçusu Osman Dembeledir.







