featured-image-36417

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində düşdükləri qrupu dəyərləndirib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində güclü qrupa düşdüklərini deyib:

“Növbəti Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə inanılmaz bir qrupdayıq. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik, təəssüf ki, birinci yeri tutmadıq. Çünki Qazaxıstana səfərdə uduzduq. Ancaq həmin oyunda qələbə üçün inanılmaz statistikamız var idi. Amma futbol belədi.

Ardıcıl beş oyunda qalib gəldik ki, bu, Azərbaycan millisinin tarixində heç vaxt olmamışdı. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir”.

Bənzər xəbərlər