"Bu çempionatda hər xal bizim üçün çox vacibdir" - "Şamaxı"nın baş məşqçisi
Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt” – “Şamaxı” matçından (1:1) sonra qonaqların baş məşqçisi Vüqar Əsgərli fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, çox vacib 1 xal qazandıqlarını deyib:
“Hər iki komanda üçün çox vacib oyun idi. Hər iki tərəfə xal qazanmaq gərəkirdi. “Sumqayıt” çempionata yaxşı başlamasa da, həmişə rəngarəng oyunu ilə diqqəti cəlb edib. Bizim heyət baxımından sıxıntılarımız var idi. Üstəlik, iki zədəli oyunçu komandaya kömək edə bilmirdi. Buna baxmayaraq, meydanda olan futbolçularımız verilən tapşırıqları yerinə yetirdilər və əzmkarlıq göstərdilər. Onlara təşəkkür edirəm. Bu çempionatda hər xal bizim üçün çox vacibdir”. (CBC Sport)







