featured-image-43018

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Kəpəz”ə 1:3 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibi təbrik edirəm. Həm kubok, həm çempionatda oynamaq çətindir. Oyun barədə çox şey demək istəmirəm. Standard vəziyyətlərdən 2 qol buraxdıq. Oyunun əvvəlində qol epizodlarını dəyərləndirə bilmədik. Əsas problem budur.

– Ən zəif oyununuzu keçirdiyinizi demək olar?

– İlk 20 dəqiqədə yox, amma ondan sonrası üçün demək olar. Yorğunluq öz təsirini göstərir. Mənə görə, bu, ən zəif oyunumuz idi.

– İki müdafiəçinin olmaması oyununuza təsir etdi?

– Abdulla Rzayevin köhnə zədəsi var. İqor Rodriges isə qrip virusuna yoluxub. İki əsas heyət oyunçusunun olmaması təsir edir.

– Orxan Əliyevin erkən əvəzlənməsinin səbəbi nə idi?

– Orxan və İsmail Azzauinin zədələnməsindən ehtiyat etdik. Ehtiyat oyunçular skamyası geniş deyil. Rotasiyalar edə bilmirik. Qarşıda çətin oyunlar var. Ona görə ehtiyat etdik. (sportal.az)

Bənzər xəbərlər