"Bu gün digər oyunlara nisbətən daha az qol vəziyyəti yaratdıq" - Kaxaber Sxadadze
Azərbaycan Premyer Liqasının 33-cü turunda “Qəbələ” səfərdə “Səbail” üzərində qələbə qazanıb. Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Maraqlı oyun oldu. Çoxlu qollar və təhlükəli vəziyyətlər izlədik. Gənc futbolçular sonadək mübarizə apardılar. Oyunçularımı təbrik edirəm. Meydana iki debütant buraxmışdıq. Ancaq sevinməyə çox da əsasımız yoxdur, axı turnir cədvəlində sonuncu yerdəyik. Hərçənd “Qəbələ”nin gənclərinə görə sevinməyə dəyər. Ümid edirəm ki, belə davam edirlər və qarşıdakı matçlarda da özlərini yaxşı tərəfdən göstərərlər.
-Niyə əvvəlki görüşlərdə belə oynaya bilmirdiz?
-Bu gün digər oyunlara nisbətən daha az qol vəziyyəti yaratdıq. Belə anlarda soyuqqanlı olmaq və ustalıq səviyyəsi həlledici rol oynayır. “Neftçi” bizim qapımıza bir zərbə endirdi və bunun sayəsində də qalib gəldilər. Biz isə 5 qol epizodu yaratdıq, lakin uduzduq. Komanda çox uduzmuşdu deyə özünəinam itmişdi.