featured-image-8826

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona” ilə yoxlama oyunundan (0:1) sonra fikirlərini bildirib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis matçın bərabər səviyyədə keçdiyini deyib:

“Yaxşı oyun oldu. Yeni futbolçulara şans verməyə çalışdım ki, onlar komandanın stilinə uyğunlaşsınlar. Bərabər səviyyəli görüş keçdi. Güclü rəqiblərə qarşı oynamaq xoşuma gəlir. Əvvəlcə biz “ikinci nömrə” kimi oynayırdıq deyə, çox şeyə dözməli olduq. Aydındır ki, Kazimiro, Modriç, Krossu meydana buraxanda daha asan olur, lakin mən gəncləri sınamaq istəyirdim. Müdafiədəki oyunumuz məni sevindirdi.

“Real”ın heyəti genişdir, bizim çox futbolçumuz var. Bu heyət ötən mövsümdəkindən yaxşıdır. Biz məşqlərin intensivliyini artırmışıq. İşimizi davam etdiririk.

Dünən “Barselona” və “Real” Las-Veqasda (ABŞ) üz-üzə gəliblər və oyun Kataloniya klubunun qələbəsi ilə başa çatıb – 1:0.

Bənzər xəbərlər