featured-image-42876

“Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias karyerası ərzində ən böyük əməkhaqqını Azərbaycanda aldığını deyib.

Msport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, o, əvvlki klubları ilə “ağ-qaralar”ı müqayisə edib:

“Rumıniyada daha çox qol vururlar. Orda müdafiəni çox da düşünmürlər. Azərbaycana gələndə mənim üçün rahat idi, çünki Adrian Mutu ilə rumın dilində danışa bilirdim. İndi də hər şey qaydasındadır. Bakı gözəl şəhərdir, düzdür, hava elə də yaxşı deyil, burda güclü küləklər olur. Ancaq biz öyrəşmişik”.

Matias gələcəkdə Rumıniyaya qayıda biləcəyi ilə bağlı sualı belə cavablandırıb: “Bilmirəm, hər şey mümkündür. Fikirləşirəm ki, orda çox yaxşı iz qoymuşam. Ola bilər ki, gələcəkdə qayıdım. Amma bilmirəm ki, Rumıniyada hansısa klub “Neftçi”də aldığım qədər pul verərmi? Rumıniyada burda aldığım əşyalar qədər şey almaq çətin idi. Bəli, bu karyeramda ən böyük əməkhaqqıdır”.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Neftçi”yə qədər Braziliyanın “Amerika”, Portuqaliyanın “Akademika”, Təbrizin “Traktor”, Rumıniyanın “Qaz Metan” və “ÇFR Kluj” klublarında çıxış edib.

 

Bənzər xəbərlər