"Bu məğlubiyyətdən dərs çıxarmağa çalışacağıq" - "Şkendiya"nın baş məşqçisi
Şkendiya”nın baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, o, “Qarabağ”ın güclü rəqib olduğunu bildirib:
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Onlar bizdən çox yaxşı oynadılar. Xüsusi ilə ilk hissədə çox pis təsir bağışladıq. Başlıca problemlərimizdən biri erkən qollar buraxmağımız oldu. Çempionlar Liqasında rəqiblər hər zaman güclü təsir bağışlayırlar. Sabahdan bu məğlubiyyəti təhlil edəcəyik. Artıq Avropa Liqasının pley-off mərhələsi barədə düşünəcəyik.
Təbii ki, bu cür məğlubiyyət gözləmirdik. İstəyirdik ki, yaxşı nəticə qazanaq. Lakin belə məğlubiyyətlər komandaya və futbolçulara təcrübə qazandırır. Bu məğlubiyyətdən dərs çıxarmağa çalışacağıq”.