featured-image-52570

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Osiek”in baş məşqçisi Federiko Koppitelli cavab oyunu haqqında danışıb. Msport.az xəbər verir ki, italiyalı mütəxəssis əsas məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib:

“Osiekdə keyfiyyətli komandaya qarşı çox yaxşı oyun keçirdik. Amma bu onu göstərir ki, bəzən rəqibə qarşı 93 dəqiqə əla oyun nümayiş etdirmək də kifayət etmir. Lakin bu, bizdə özünəinam yaradır. Rəqib bizim yeganə səhvimizdən istifadə etdi və matç heç-heçə başa çatdı, halbuki biz qələbəyə layiq idik. Amma bu da onların keyfiyyətindən xəbər verir. Bu dəfə səfərdə görüş daha ağır keçəcək. Bizim komanda yaxşı hazırlaşıb və kifayət qədər enerjimiz olacaq ki, yaxşı oynayaq”.

Koppitelli komandasının erməni futbolçusu Mkırtıçyanın Bakıya gəlməməsi məsələsinə də toxunub: “Elə bir mövqedən söhbət gedir ki, orda müxtəlif variantlarımız olmalıdır. Öncə də dediyim kimi gənc oyunçilarımız var ki, onlara güvənirik. Bundan başqa, bir neçə mövqedə oynaya biləcək təcrübəli futbolçularımız da var. Sabah hansı variantı seçəcəyimizi müəyyənləşdirəcəyik”.

Bənzər xəbərlər