Bugün oyunun VAR təyinatları
Azərbaycan Premyer Liqasının XXIV turunda bu gün keçiriləcək “Kəpəz” – “Qəbələ” oyununun növbəti təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, VAR-da FIFA referisi Elçin Məsiyev, AVAR-da Müslüm Əliyev yer alacaq.
Qeyd edək ki, 17:00-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.







