featured-image-44014

Azərbaycan Premyer Liqasının XXIV turunda bu gün keçiriləcək iki oyunun növbəti təyinatları bəlli olub.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz” – “Neftçi” matçında VAR-da Cavid Cəlilov, AVAR-da Kamran Bayramov yer alacaq.

“Səbail” – “Sabah” görüşündə isə müvafiq olaraq FIFA referisi Əliyar Ağayevlə Zeynal Zeynalov iş başında olacaq.

Qeyd edək ki, qarşılaşmalar saat 15:00 və 17:30-da başlanacaq.

Bənzər xəbərlər