Bugünkü oyunun VAR təyinatları
Azərbaycan Premyer Liqasının XXVIII turunda bu gün keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun növbəti təyinatları bəlli olub.
Msport.az xəbər verir ki, matçda VAR-da Cavid Cəlilov, AVAR-da Vüsal Məmmədov yer alacaq.
Qeyd edək ki, saat 18:00-da start götürəcək qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.