featured-image-43709

“Əvvəlcə rəqibimizi yaxşı oyun və qələbə münasibətilə təbrik etmək istəyirəm”.

Msport.az xəbər verir ki. bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusda təşkil olunan beynəlxalq turnirdə ev sahiblərinə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, turnirə ciddi hazırlaşdıqlarını bildirib: “Bu cür turnirlər futbolçuların inkişafı baxımından vacibdir. Düzdür, konkret olaraq Belarusla matça hazırlaşmamışdıq. Burada hər bir oyun bizim üçün böyük təcrübədir”.

Heyətdə yer alan legioner futbolçulardan da söz açan Yadullayev skautların ölkə xaricində doğulan və çıxış edən oyunçuların aşkarlanıb yığmaya cəlb olunması istiqamətində iş apardıqlarını söyləyib: “Onları buraya gətirmək, oyunlarını görmək və nəzarət altında saxlamaq istəyirik”.

Bənzər xəbərlər