featured-image-73612

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təlim-məşq toplanışı, çempionatın II hissəsinə hazırlıqla bağlı mətbuat konfransı keçirib.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis Çempionlar Liqasında növbəti rəqibləri olacaq “Ayntraxt”dan da danışıb:

– – “Qarabağ”dan fərqli olaraq, Çempionlar Liqasındakı rəqibiniz “Ayntraxt” üç rəsmi matç keçirəcək. Gözləmək olardı ki, bu oyunun ağırlığını hiss etmək üçün daha güclü rəqiblə yoxlama oyunu keçirəsiz. Bunun üçün Əbu-Dabiyə, Dubaya getmək olardı. Bu cür seçim etməməyiniz maliyyə məsələsi ilə bağlıdır, yoxsa futbolçuları psixoloji olaraq yalnız “Ayntraxt” matçı ilə yükləmək istəmədiz?“

–  İlboyu güclü rəqiblərlə oynamışıq. Bu günlərdə belə bir rəqiblərlə 90 dəqiqə oynamağa hazır deyilik. Böyük vaxt itirməmişik ki, birdən-birə elə bir rəqiblərə qarşı enerji, güc sərf edək. Sadəcə, bəzi detallarda intizamsızlıq vardı. Oyundan çox məşqə ehtiyacımız var idi. Buna görə də 15-20 gün ərzində məşqlərlə bunu aradan qaldırmağa çalışacağıq.

– “Qəbələ” ilə oyundan sonra zənglərin sayı artıb ya azalıb?

– Yenə davam edir. Bir var, bir futbolçu ilə bir nəfər danışır, bir də var, hərə bir tərəfdən danışır. Məni narahat edən bu amillərdir.

– Normal.

– Qalır, yoxsa ayrılmaq variantı var?

– Məndə hazırda getmək məlumatı yoxdur.

– Azərbaycanlılara maraq nə qədərdir?

– Hamısına var. Bəlkə daha çox elə azərbaycanlı futbolçularadır. Öz menecerlərimiz çoxalıb, kənardan da maraqlanırlar. Daha çox onları istəyirlər. Onların gələcəyini düşünən menecerləri, ətrafları daha çoxdur.

– Yanvarda gedən və ya gələn olacaq?

– Hələ ki konkret danışıq apardığımız futbolçu yoxdur.

 Xarici və yerli mediada oyunçularınızın transferi ilə bağlı söhbətlər var. “Qarabağ” hansı mövqe üçün futbolçu axtarışdadır?

– Hər mövqe üçün danışıqlar aparırıq. İlin sonunda da demişdim ki, hazırda ən çox iş saatı ayırdığımız tərəf futbolçu transferi ilə bağlıdır. Xeyli sayda futbolçuya baxırıq, danışıq aparırıq. Qapı xətti, müdafiə, hücum və orta xətt üçün axtarışlar gedir. Son vaxtlarda ümumiyyətlə dayanmırıq. Görək danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, komandada bəzi mövqelərdə oyunçu sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. Əgər ilboyu belə davam edərsə, futbolçuların gücü, psixoloji hazırlığı çatmaz. Bu səviyyədə işimizi qoruyub-saxlamaq istəyiriksə, mövqelərdə oyunçularımızın çoxalmasına ehtiyac var. Bu, oyunumuza və məşq prosesinə kömək olacaq.

– “Qarabağ” pley-offa çıxsa, transferləri daha da aktivləşdirəcək?

– Biz planımızı ona görə qurmamışıq. Bizdə elə düşüncə olsa idi, Liqa mərhələsinə düşəndə, daha çox addım atardıq. İstəyirdik. Hər bir halda gördüz ki, tam istədiklərimizi edə bilmədik. Transfer elə həddə çatıb ki, imza atıb, futbolçu burada olmasa, deyə bilmərik ki, onu gətirdik. Bu günə qədər bu futbolçularla bu yerə gəlib çıxmışıq. Onsuz da mərhələ keçsək də, iştirak ərizəsinə çox futbolçunu sala bilməyəcəyik. Böyük limit də vermirlər. Hər bir halda, dəyişiklik etmək istəyirik. Əlimdə olan futbolçulardan narazı deyiləm.

-Hazırda “Qarabağ” Azərbaycan çempionatında ikinci yerdədir, buna görə narahatlığınız var?
– Məndə həmişə narahatlıq olub. Rahatlıq çempionluğu təmin etdikdən sonra yaranır. Hər komandanın uğruna sevinirik. İddiamız çempionluqdursa, sona qədər vuruşacağıq. Həmişə sən çempion olmalısan deyə qanun yoxdur. O demək deyil li, bu il “Qarabağ”, “Real”  və ya başqası çempion olmayacaqsa, gələn il öz iddiasından əl çəkəcək. Qarşımızda güclü rəqiblər var. Özüm istərdim ki, biz daha təhlükəli olaq. Amma “Sabah” da güclüdür. Ümumən ilin sonuna yaxın çox yorulmuşduq. Psixoliji hazırlığımlz aşağı düşmüşdü. “Sabah” sabahı düşünərək iş qurub. Bizim üçün təhlükəli olsa da, Azərbaycan futbolu adına sevinirəm. Bütün komandalar iddialıdır. Həmişə arzum olub ki, futbolda sizlərin, azarkeşlərin inamını itirməyim. Güvən həmişə qalsın.

– İlin sonunda yaranan fasilədə istirahət məqsədilə futboldan uzaq qalmağı bacara bildinizmi?

– Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, futbolu, məğlubiyyətləri müzakirə edirdilər. Bir neçə nəfəri çıxmaq şərtilə. Hansı ki, məni başa düşənlər. Bunu niyə dəyişmədin, onu niyə etmədin? Başlayanda deyirdilər, düzünü sən bilirsən, amma sonra… Bir neçə yaxınım var ki, mənə motivasiya verirdi. Qaldı ki, futbolçularım yaxşıdır, yaxşı motivasiyadadılar, bu, mənim üçün yaxşı istirahətdir. Keçən il də qeyd etmişdim ki, futbolçularımın istirahətə ehtiyaca var. Ümumən pis istirahət etməyiblər. Sadəcə, bir neçə furbolçu xəstələnib, Toral və Kaşuk. Pis dönməyiblər. Üzləri gülür. Həvəslə məşq edir, hazırlaşırlar”.

Renat Dadaşov “Qarabağ”a təklif olunub?

– Xeyr, belə təklif olmayıb. Azərbaycanlıdır, millimizin üzvüdür. Amma hələ ki transfer siyahımızda yoxdur.

– “İmarət” stadionunda ilk oyunun hansı olmasını istərdiniz?
– O günə kimi sağ qalmaq lazımdır. Məncə, tam hazır olduqdan sonra baxmaq olar. Fərqi yoxdur. İlk oyunumuzu Çemoionlar Liqasının finalı kimi düşünəcəyik.

Bənzər xəbərlər