featured-image-38469

“Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Avstriya yığmasına 0:1 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis son dəqiqələrdə qol epizodundan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib: “İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq”.

İtaliyalı baş məşqçi futbolçuların nədəndə çəkindiyini söyləyib: “Avstriya yaxşı komandadır. Amma biz də inkişaf edirik. Sonuncu dəqiqələrdə qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”.

De Byazi futbolçuların bu gün meydanda güclərini qoyduğunu vurğulayıb: “Onlardan razıyam. Nəticə fərqli olsaydı, daha çox sevinərdik”.

O, Avropa çempionatına qatılmaq üçün pley-off şanslarının davam etməsi barədə danışıb: “Bizim bəxtimizdəm Yunanıstan da, Lüksemburq da uduzacaq (gülür)”.

Bənzər xəbərlər