featured-image-39783

“Bu gün meydanda ürəyimizi qoyduq”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis matça çox yaxşı başladıqlarını bildirib: “İlk yarıda çox riskə getmədik. İkinci hissədə özümüzü bir az çətinə saldıq. Futbolçular alqışa və bundan artığına layiqdirlər. Milli komanda uduzanda da stadionda ona tam dəstək vermək lazımdır. Hər görüşdə tam gücümüzü meydanda qoyuruq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq və “vuruşduq”.

İtaliyalı baş məşqçi yaratdıqları qol şanslarından istifadə etdiklərini vurğulayıb: “Avstriya ilə oyunda bunu bacarmadıq. Komanda inkişaf edib. Bu, göz önündədir. Bazar günü Belçikaya qarşı ağır oyunumuz olacaq. Bu matça da yaxşı hazırlaşacağıq”.

Canni De Byazi görüş başa çatandan sonra köməkçisi Arif Əsədovu vurmasına da aydınlıq gətirib: “Onunla münasibətimiz əladır. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə, sevincimiz belə alındı”.

Bənzər xəbərlər