featured-image-48868

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın “Arda” komandası baş məşqçi Nikolay Kirovla yollarını ayırıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Arda” onun rəhbərliyi altında qarşıya qoyulan hədəfə çata bilməyib.

N. Kirov bu ilin fevralından komandaya başçılıq edirdi.

Qeyd edək ki, Cəlal Hüseynov 2023-cü ilin yayında “Arda”ya keçib. Onun Bolqarıstan klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Bənzər xəbərlər