“Çelsi” əsas oyunçularından birini itirdi
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer komandanın qarşıdakı oyunlarında iştirak etməyəcək.
Msport.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Entso Mareska məlumat verib.
23 yaşlı futbolçu Çempionlar Liqasında “Barselona” və İngiltərə Premyer Liqasında “Arsenal”la matçlarda meydana çıxa bilməyəcək. Palmerin ayaq barmağı sınıb. ç







