featured-image-28709

“Çelsi” növbəti mövsüm Çempionlar Liqasında iştirak edə bilməyəcək Msport.az xəbər verir ki, London klubu İngiltərə Premyer Liqasının 33-cü turunda “Brentford”a 0:2 uduzaraq ilk “dördlüy”ə düşmək şansını itirib.

“Zadəganlar” 32 oyundan sonra 39 xalla 11-ci yeri tuturlar. 4-cü yeri tutan “Mançester Yunayted” 30 oyuna 59 xal toplayıb.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının (ÇL) 1\4 final mərhələsində hər iki oyunda “Real”a uduzaraq mübarizəni dayandırmışdı.

Xatırladaq ki, mövsümün əvvəlində komandaya Tomas Tuhel rəhbərlik edirdi, sonra onu Qrem Potter əvəzlədi. Hazırda isə baş məşqçi postunda Frenk Lemparddır.

Sonuncu dəfə London klubu 2018-2019-cu illər mövsümündə ÇL-dən kənarda qalmışdılar. Amma “Çelsi” həmin vaxt Avropa Liqasını qazanmışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər