“Çelsi” qazaxıstanlı istedadla müqavilə bağlayacaq
“Kayrat”ın 16 yaşlı futbolçusu Dastan Satpayev “Çelsi” ilə müqavilə bağlayacaq. Msport.az xəbər verir ki, transfer yaxın günlərdə açıqlanacaq.
Qazaxıstanın U-17 millisinin üzvü dekabrda London klubunda baxışda olub.
Satpayev “Kayrat” futol Akademiyasının yetirməsidir. Onun Almatı klubu ilə müqaviləsi 2026-cı ilin sonuna kimidir. Mərkəz hücumçusu mövqeyində oynayan futbolçu Qazaxıstanın U-17 yığmasının kapitanıdır.