Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda
UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.
Msport.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.
“Arsenal” İngiltərədə “Sportinq”lə qarşılaşıb və oyunda qapılardan top keçməyib. Lissabondakı birinci oyunda London klubu vurduğu 1 qol hesabına yarımfinala adlayıb.
“Real” isə Almaniyada “Bavariya”nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:3.
Bununla da “Bavariya” və “Arsenal” yarımfinala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
“Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun – 1:0
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) 4:3
İlk oyun – 2:1
Qeyd edək ki, artıq “Atletiko” və PSJ yarımfinala vəsiqəni təmin ediblər.







