Çempionlar Liqası: “Mançester Siti” “İnter”i qəbul edəcək
UEFA Çepionlar Liqasının Liqa mərhələsində bu gün I turun növbəti matçları baş tutacaq.
Msport.az xəbər verir ki, 2-ci oyun günündə 6 qarşılaşma keçiriləcək.
Günün mərkəzi matçı İngiltərədə baş tutacaq. “Mançester Siti” “İnter”I sınağa çəkəcək. Ötən ilin finalçısı “Borussiya Dortmund” isə Belçikada “Brügge”nin qonağı olacaq.
UEFA Çempionlar Liqası
18 sentyabr
I tur
20:45. “Bolonya” – “Şaxtyor”
20:45. “Sparta Praqa” – “Zalsburq”
23:00. “Seltik” – “Slovan”
23:00. “Brügge” – “Borrusiya Dortmund”
23:00. “Mançester Siti” – “İnter”
23:00. PSJ – “Jirona”
Qeyd edək ki, I turun oyunları 3 gün ərzində keçiriləcək.