Çempionlar Liqası: "Qalatasaray" mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Msport.az xəbər verir ki, üç qarşılaşmada cütün qalibi bəlli olub.
Liqa mərhələsinə vəsiqələrin sahibləri Avstriya, Türkiyə və Çexiyada dəqiqləşib. Səfərdə “Yanq Boyz”a uduzan “Qalatasaray” İstanbulda revanş ala bilməyib. İsveçrə çempionu 1:0 hesabı ilə qələbə qazanıb.
“Zaltsburq” Kiyev “Dinamo”sunu, “Sparta” isə “Malmö”nü mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, pley-offa avqustun 28-də yekun vurulacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
23:00. “Zaltsburq” – “Dinamo” K – 1:1
İlk oyun – 2:0
23:00. “Qalatasaray” – “Yanq Boyz” – 0:1
İlk oyun – 2:3
23:00. “Sparta” – “Malmö” – 2:0
İlk oyun – 2:0