featured-image-69585

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda Portuqaliyanın “Benfika” kollektivinin qonağı olacaq.

Lissabondakı “Da Luş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Belçikadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.

 

Çempionlar Liqası

Liqa mərhələsi, I tur

16 sentyabr

 

23:00. “Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Erik Lambrexts, Jo de Veirdt, Kevin Monteni, Nathan Verbumen

VAR: Bram Van Drieşşe (hamısı Belçika)

AVAR: Fedayi San (İsveçrə)

Lissabon, “Da Luş” stadionu

Bənzər xəbərlər