featured-image-68957

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılıb. Monakoda təşkil olunan püşkatma mərasimində Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland), və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.

Sentyabrda başlayacaq Liqa mərhələsinə 2026-cı ilin yanvarında yekun vurulacaq. Bu mərhələdə ilk 8 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar, 9-24-cü pillələri tutanlar isə pley-offda oynayacaqlar.

Bənzər xəbərlər