featured-image-70240

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ikinci oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.

Beləliklə, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində tarix yazmaqda davam edir. Birinci matçında Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edən təmsilçimiz ilk iki turda 6 xal toplayıb və turnir cədvəlinin liderlər qrupunda qərarlaşıb.

Bənzər xəbərlər